تبليغاتX
Torpağım
Torpağım
mən öz torpağımı sevdim ürəkdən … özgə torpağında gözüm olmadı
İki yazıçımız: biri Güneyden, biri Quzeyden

2009 Oktyabrın 6-da Azərbaycanın iki tanınmış yazarı, Dr. Riza Bəraheni və Anar Rıza, Bakı şəhərində, Azərbaycan Yazıçılar Birliyində görüşdülər.

Yazıçılar Birliyində çekilən şəkildə gördüm onları. İki yazıçımızı yan-yana, eyni resimdə görmək arzım imiş mənim. Bunu daha öncə heç bilməmişdim.

Doktor Bərahəni'nin yazılarını Anar'ınkılardan daha öncə oxumuşdum. Əsərlər Farsca yazılsaydılar da Azərbaycan Türklüyünü o əsərlərin tamaında hiss etmişdim. "Razha-ye Sərzemin-e Mən" gerçəkdən də "Mənim Yurdumun Sırları"ndan bəhs etmişdi. Azərbaycan Türklüyünü "Razha-ye Sərzemin-e Mən", "Avaz-e Koştegan" və "Azadə Xanım və Nevisənde-əş" romanlarının sətir-sətirində oxumuşdum.

Və sonra Anar'ın "Mən, sən, o və Telfon", "Asqılıqda işləyən qadının söhbəti" və başqa hikayələrindən oxudum. Ondan öncə ana dilimin, Azərbaycan Türkcəsinin ən qiymetli klasik əsərlərindən oxumuşdum. Ancaq Anarı oxuduqdan sonra Azərbaycan Türkcəsində elə modern, elə yeni bir əsərləri görmək məni həm şaşırdıb həm də sevindirərək aydın gələcəyə umudlu etmişdi.

Bu gün Anar Riza və Riza Bərahenini yan-yana gördüyümdə, ürəyim açıldı. Yazıçılarımı bir yerdə gördüm.
İki yazıçımızı: biri Güneydən, biri Quzeydən.

6 Oktiyabr 2009
Əlirza Quluncu

2  علیرضا جوانبخت قولونجو  |